20 Mart 2019
19 Mart 2019
Suriyada yeni hərbi əməliyyatlara hazırıq - ABŞ-dan AÇIQLAMA
Suriyada yeni hərbi əməliyyatlara hazırıq -ABŞ-dan AÇIQLAMA DÜNYA 21:28 2019-01-10

ABŞ prezidenti Donald Tramp Suriyada yeni hərbi əməliyyatlar həyata keçirməyə hazırdır. Lakin Vaşinqton ümid edir ki, vəziyyət bu həddə gəlib çatmayacaq. 

Unikal.org “Fox News” telekanalına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo Misirə səfəri çərçivəsində Qahirədəki Amerika Universitetində çıxış edərkən belə deyib. 

“Tramp Suriyada yenidən hərbi əməliyyatlar keçirmək barədə qərar qəbul etməyə hazırdır. Amma ümid edirik ki, bunu etməyə zərurət yaranmayacaq” – Pompeo vurğulayıb.