Yəmənin Taiz şəhəri raket-artilleriya atəşinə tutulub. Mərmilərin bazarda və avtobus dayanacağında partlaması nəticəsində 17 dinc sakin ölüb, 30 nəfər yaralanıb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, insident cümə günü bazarda insanların çox olduğu vaxtda baş verib. Yerli tibb komitəsi nümayəndəsinin agentliyə verdiyi məlumata görə, ölən və yaralananlarla yanaşı, bir neçə ev dağılıb.