Meksikanın hökumət orqanları ABŞ ilə sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar ediblər.

Unikal.org xəbər verir ki, bu barədə “Excelsior” qəzeti məlumat yayıb.

Məlumata görə, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.