Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən  şəhər sakini bir qadın piyada yaşadığı evə gedərkən naməlum şəxs ona yaxınlaşaraq, zor tətbiq edib içərisində pul, mobil telefon, maaş kartı, kosmetika və digər əşyalar olan  çantasını alıb qaçdığını bildirmişdir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  hadisəni törədən şəxsin Ağdaş şəhər sakini Toksim Quliyev olduğu müəyyən edilib.  Onun ötən ilin dekabrın 28-də qadına qarşı soyğunçuluq etməklə  içərisində ümumi dəyəri  1832 manat olan pul və digər əşyalar olan çantasını ələ keçirdiyi aşkar edilib. O, saxlanılaraq istintaqa təhvil verilib.

 Faktla bağlı RPŞ-də araşdırma aparılır.