Türkiyənin ilk video musiqi kanalı Kral TV-i peyk yayımını dayandırır.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə kanalın rəhbərliyi olan “Doğuş Qrup” rəsmi “Tvitter” hesablarında məlumat verib. Kanal fevralın 1-dən rəqəmli televiziya yayım üzrə fəaliyyət göstərəcək.

 Qeyd edək ki, Kral TV 1994-cü ildə Cem Uzan tərəfindən yaradılıb.  Kral TV, 15 İyun 2008 tarixində TMSF (Əmanətlərin Sığortalanması Fondu) tərəfindən 95 milyon dollarlıq tenderlə Doğuş Media Qrupuna satılıb.

Bildirilir ki, kanal son illərdə kanal məşhurluğunu itirməyə başlamışdı. Performansı əvvəlki kimi deyildi. Kanalı alan şirkət bu il Kral Pop və Kral World kanallarını da Kral TV tərkibinə qataraq yenilik yaratmağa çalışmışdılar. O da istənilən nəticəni verməmişdi.