Xəbər verdiyimiz kimi, Azərbaycanın Rusiyanın Rostov-Don şəhərindəki diasporunun rəhbəri, arvadı erməni olan Vaqif Mustafayev də erməni xalqını Yeni il bayramı münasibətilə təbrik edib. Ötən ilin oktyabrında da Ermənistana belə bir təbrik yollamış və erməni xalqını "müstəqilliklərinin 25 illiyi" münasibətilə təbrik etmişdi. Yenə də “bütün azərbaycanlıların” adından. İki il əvvəl isə yenə də o, Rusiyanın bu regionunun erməniləri tərəfindən təşkil edilmiş tədbirdə iştirak edərək, nitq söyləmişdi. O zaman mətbuat yazırdı ki, “Vaqif Mustafayevin təbriki ermənilərə xüsusilə xoş təsir bağışlamışdı”. V.Mustafayevin Azərbaycan xalqı adından bu təbriki etməsi insanların narazılığına səbəb olub. 

Bunu Unikal.org-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən son günlər Rusiyada Azərbaycan diaspor rəhbərinin erməniləri təbrik etməsi ilə bağlı yaranan mübahisələrə münasibət bildirilib. Açıqlamada deyilir ki, Dövlət Komitəsinin Vaqif Mustafayev adlı adamla nəinki diaspor rəhbəri kimi, heç xaricdə yaşayan bir fərd olaraq da heç bir əlaqəsi mövcud deyildir: "Kemişdə necə olduğunu deyə bilmərik. Amma, bu günləri Komitənin V.Mustafayev adlı şəxslə nə fərd, nə dəki təşkilat olaraq heç bir əlaqəsi yoxdur". 

Azərbaycanlı fəallar da M.Mustafayevlə bağlı açıqlama yayıblar: "Vaqif Mustafayevin milliyyətcə erməni ailəsi ilə yaxın qohumluq əlaqəsi var, ermənilərin nəzarətində olan şəxsdir. O, Rostov şəhərində iri biznesmen olan Artuyun Surmayan tərəfindən idarə olunur və maliyyələşdirilir. Təbii ki, erməninin idarə etdiyi, maliyyələşdirdiyi Vaqif Mustafayev də, artıq erməniləşib və onun belə hərəkətləri təəccüb doğurmur. Ona görə ki, onun yalnız ad və familiyası Azərbaycan dilindədir. Göründüyü kimi, mətbuat yayımlanan xəbərlər tam həqiqəti əks etdirmir və şişirdilmiş şəkildə təqdim olunur ki, bu da ümumxalq və ümumdövlət maraqlarına ziddir".