25 May 2019
Azarkeşlər bazaya hücum çəkdilər - Divarlara “istefa” yazıb... - FOTO
Azarkeşlər bazaya hücum çəkdilər -Divarlara “istefa” yazıb... - FOTO İDMAN 12:56 2019-01-11

Fransanın “Marsel” klubunun fanatları klubun bazasına hücum çəkib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, buhücumun səbəbi  komandanın son oyunlardakı uğursuz çıxışı etməsidir.  

Azarkeşlər klubun bazasına gələrək, baş məşqçi Rudi Qarsiyanın əleyhinə şüarlar səsləndirib və rəhbərlikdən mütəxəssisin istefaya göndərilməsini tələb ediblər.

Azarkeşlər bazanın divarına “Qarsiya, istefa” yazılı şəkil yapışdırıblar. 

“Marsel” Liqa 1-də 18 turdan sonra 27 xalla 6-cı sırada qərarlaşıb. Komanda bu mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəni dayandırıb.


  • Azarkeşlər bazaya hücum çəkdilər -Divarlara “istefa” yazıb... - FOTO