“Barselona” mövsümün əvvəlində heyətinə qata bilmədiyi futbolçu üçün növbəti dəfə “Çelsi”yə təklif göndərib.

Unikal.org İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu “zadəganlar”ın 30 yaşlı yarımmüdafiəçisi Villianı heyətinə qatmaq istəyir. Bunun üçün ispanlar London klubuna 55 milyon avro və Malkomu təklif ediblər.

Villianın da “Barselona”ya getməyə razı olduğu, son qərarı “Çelsi”nin verəcəyi bildirilir.

“Çelsi” mövsümün əvvəlində “Barselona”nın 55 milyon avroluq təklifini rədd etmişdi.

Braziliyalı futbolçunun “zadəganlar”la 2020-ci ilədək müqaviləsi var.