10 il əvvəl Kristiano Ronaldo ilə sevgili olan ingiltərəli model Jasmin Lennard onun haqqında sərt açıqlama verib. O “twitter” hesabından yazaraq ulduz futnolçu haqqında dəhşətli iddialar ortaya atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, cazibədar model Ronaldonu psixopat adlandırıb. Jasmin adı təcavüzdə hallanan Ronaldonun əlehinə məhkəmədə çıxış edərək Ketrin Mayorqun yanlnda olacağını bildirib: 

“İnsanlar Ronaldonun necə biri olduğunu biləsə, şok olardı. Daha Ronaldonun yalanlarını seyr etməyəcəyəm.

O kobud, yalançı və manyakdır. Tecavüz istintaqında Ketrin Mayorquna kömək edəcəm. Söyleyeceğim şeylərə kimsə inanmazdı. Yaxşı ki, ağıllı  qadınam və əlimdə mesajlar, sübutlar var”. 

“Yuventus”un ulduz oyunçusu Kristiano Ronaldo ilə 10 il öncə sevgili olanJasmin onunla sonuncu dəfə 18 ay əvvəl görüşdüyünü açıqlayıb.

Qeyd edək ki, keçmiş model Ketrin Mayorq Ronaldonu təcavüzdə ittiham edib. Hüquq-mühafizə orqanları bununla Ronaldoya qarşı keçmiş model Ketrin Mayorqun irəli sürdüyü təcavüz iddiası yoxlayacaqlar. Ketrin Mayorqun paltarından götürülmüş nümunələr Ronaldonun DNT nümunələri ilə tutuşdurulacaq. Sözügedən sənəd artıq İtaliyanın məhkəmə orqanlarına göndərilib.