20 Mart 2019
19 Mart 2019
Tbilisidə 1 azərbaycanlını öldürən, 10-nu yaralayan sürücü AZADLIQDA
Tbilisidə 1 azərbaycanlını öldürən, 10-nu yaralayan sürücüAZADLIQDA HADİSƏ 16:41 2019-01-11

 Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlının ölümü, 10-nun isə xəsarət alması ilə nəticələnən yol qəzası törədən təcili tibbi yardım maşınının sürücüsü Şarden Onianinin işi üzrə məhkəmə iclası keçirilib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, sürücü 5 min lari girov müqabilində azadlığa buraxılıb.

Şarden Onianinin vəkili bildirib ki, qrip virusu ilə bağlı təcili tibbi yardıma çağırışların sayı artıdğından müdafiə etdiyi şəxs həddindən artıq yorğun ola bilərdi. O, sürücünün fizioloji vəziyyətinin yoxlanılması məqsədilə ekspertizanın keçirilməsini tələb edib.

İş üzrə məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub.