Aydının Quşadası mahalında polis iki müxtəlif məkanda əməliyyat keçirib. Unikal.org Türkiyə mətbuatəna istinadən xəbər verir ki, əməliyyat zamanı 3 nəfər saxlanılıb. Onlardan 2-si həbs olunub. Həbs olunanaların üzərindn cəmi 175 qram əsrar və 325,86 qram metamfetamin (narkotik və hallüsinasiya xüsusiyyəti olan sintetik maddə) maddə aşkarlanıb. 

Saxlanılanlardan biri Azərbaycan vətəndaşı olub. Onlardan biri öz evində digər ikisi isə avtomobildə yol üstündə saxlanılıb. Polis avtomobilə “dayan” xəbərdarlığı etsə də onlar buna əməl etməyib.  Polis, radio anonsları komandanın avtomobilin marşrutunda xəbərdar etdi. Polis radio anonslar ilə avtomobilin getdiyi marşrut üzərindəki əməkdaşlarını xəbərdar etdi.

Qısa müddətli qovalamadan sonra polislər avtomobili dayandıraraq  iki şəxsi 43 yaşlı E.B. (43) ilə Azərbaycan əsilli 28 yaşlı S.K-nı  (28) saxlayıblar. Kinoloji xidmət iti tətbiq edilərək narkotik vasitə aşkarlanıb.

Hər iki əməliyyatda saxlanılan şəxslər polis bölməsinə aparılıb və  ifadə verdikdən sonra məhkəməyə sövq ediliblər. E.B və B.K saxlanılıb. Azərbaycanlı S.K isə sərbəst buraqxılıb.