21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasında baş məqşçi təyinatı gerçəkləşib. 

Unikal.org  AFFA-nın rəsmi saytına istinadən x, bu vəzifə Milan Obradoviçə həvalə olunub. Təyinat AFFA Məşqçilər Komitəsinin tövsiyəsinə uyğun həyata keçirilib. 

Qeyd edək ki, Milan Obradoviç 3 avqust 1977-ci ildə keçmiş Yuqoslaviyada anadan olub. O, karyerası ərzində Sloveniyanın “Koper”, Serbiyanın U-17, U-19 və U-20 komandalarının baş məşqçisi olub. Obradoviç həmçinin Serbiyanın əsas komandasında köməkçi-məşqçi vəzifəsini yerinə yetirib.