shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Bakıda küçənin ortasında gənc oğlan öldürüldü - Unikal.org
21 Yanvar 2019
Bakıda küçənin ortasında gənc oğlan öldürüldü
Bakıda küçənin ortasında gənc oğlan öldürüldü KRİMİNAL 17:48 2019-01-11

 Bakıda qətl törədilib.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə paytaxtın Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 64 ünvanında üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan kişi meyiti aşkar edilib.

Dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Hadisə yeri və meyitə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib. Araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin, 1996-cı il təvəllüdlü Şəmiyev Emin Asif oğlu olması müəyyən edilib.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda İstintaq qrupu tərəfindən hadisəni törətməkdə şübhəli bilinən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.