shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Cəbhədə erməni təxribatı: Düşmən pulemyotlardan istifadə etməklə atəşkəsi pozdu - Unikal.org
21 Yanvar 2019
20 Yanvar 2019
Cəbhədə erməni təxribatı: Düşmən pulemyotlardan istifadə etməklə atəşkəsi pozdu
Cəbhədə erməni təxribatı:Düşmən pulemyotlardan istifadə etməklə atəşkəsi pozdu CƏMİYYƏT 09:41 2019-01-12

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qobu Dilağarda, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.