Fransada daşqınlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.
 Unikal.org APA-ya istinadən xəbər verir ki, Luara departamentində 60 yaşlı qadının meyiti su altında qalan evin həyətində aşkarlanıb.
 Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi. Bir neçə gün davam edən güclü yağışlar nəticəsində Parisdə Sena çayının səviyyəsi son 34 ilin ən yüksək göstəricisinədək qalxıb. Çayda gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.