Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən qəbiristanlıqda atılmış 3 günlük qız uşağı tapılıb. 

Unikal.org-un "Report"a istinadə məlumatına görə, körpə polislər tərəfindən 1 saylı Körpələr evinə təhvil verilib. Uşağın anası 37 yaşlı Nailə Ağayeva isə Xəzər rayon Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.