Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülüb.

Kürdəmir rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfənglərii götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.