İtaliyanın Bolonya şəhərinin sakinləri şoka düşüb. Belə ki,  bir qadın qadın çılpaq şəkildə şəhərdə gəzintiyə çıxıb. Onun bu görüntüləri həm təhlükəsizlik kameraları, həm də ətrafdakıları telefonları vasitəsi ilə lentə alınıb. 

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qadın çiynində çanta, qulağında qulaqcıqla heç kimi vecinə almadan  rahat şəkildə mərkəzi küçələrdə gəzib. 

Ətrafdakılar təəccüblə ona "Niyə çılpaq  gəzirsən?" sualını verib. Onun “Çünki geyinmək istəmirəm” cavabı isə hər kəsi daha da təəccübləndirib. 

Hətta iş o yerə çatıb ki, qadını görənlər isə onunla birgə foto çəkməkdən çəkinməyib. Çılpaq xanıma daha çox turistlər maraq göstərib. Polis o xanımı axtarır. Hazırda onun kimliyi barədə məlumat yoxdur.