İstanbulda Balıkəsir bölgəsində Azərbaycan əsilli A.Z adlı qadın narkotik üstündə saxlanılıb. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Təhlükəsizlik Xidmətinin Narkotik cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları azərbaycan əsilli A.Z adlı qadına Mersindən karqo yolu ilə  narkotik göndəriləcəyi məlumatını alıb.  Əməliyyat keçirən təhlükəsizlik xidmətinin əməkdaşları yük firmasının şöbəsində paketin  içində 1848 narkotik həb tapıb.  

Azərbaycan əsilli A.Z. Narkotiklə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, yük azərbaycanlı qadına Mersindən göndərilib. Məhkəmə qarşısına çıxarılan qadın həbs edilib.