shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Sığortaçılar üçün attestasiya keçiriləcək - Unikal.org
21 Yanvar 2019
20 Yanvar 2019
Sığortaçılar üçün attestasiya keçiriləcək
Sığortaçılar üçün attestasiya keçiriləcək İQTİSADİYYAT 21:20 2019-01-12

Sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün yanvarın 16-dan 24-dək attestasiya keçiriləcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Unikal.org-a verilən məlumata görə, "Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi" Qaydalarının 4.1-ci bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan namizədlər, müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər attestasiyaya dəvət olunublar. Attestasiyada 46 sığortaçı iştirak edəcək. 

Attestasiyaya buraxılmaq üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir.