20 Mart 2019
19 Mart 2019
Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için – Arıqlamaq istəyənlər üçün
Yeməkdən 15 dəqiqə əvvəl 1 stəkan için –Arıqlamaq istəyənlər üçün CƏMİYYƏT 22:14 2019-01-12

Arıqlamaq üçün ən təsirli qarışımlardan biri soğan ilə hazırlanan qarışımdır.

Unikal.org  faydalı soğan qarışımını təqdim edirik.

Sağlamlıq baxımından saysız faydası olan soğan metabolizmanı sürətləndirərək, arıqlamağa kömək edir. Bundan pəhriz və məşq proqramlarında çox istifadə edilir. Çünki bədəndə yaranan yağlanmanı azaldaraq, arıqlamağa kömək edir. Lakin adətən soğanın özü deyil, suyu istifadə edilir. Səbəbi isə soğanın içərisindəki faydalı enzimlərin kəsildikdən sonra itməsidir. Buna görə soğan suyu ilə hazırlanan qarışım arıqlamağa daha çox kömək edir.

Soğan suyu qarışımı

Lazım olanlar:

1 ədəd qabıqlı soğan

2 stəkan su

Hazırlanması:

Əvvəlcə soğanı yuyun. Bir qazanın içərisinə su əlavə edib qaynadın. Qaynadıqdan sonra baş soğanı 4 hissəyə bölərək, suyun içərisinə qoyun. 5 dəqiqə qaynatdıqdan sonra ocaqdan götürün. Hazırladığınız qarışımı süzün və yeməklərdən 15 dəqiqə əvvəl 1 stəkan için. Bu qarışım iştahanızı kəsərək daha az yemək yemənizi, həm də metabolizmanın sürətli işləməsini təmin edəcək.