"Mənim üçün heç bir şey dəyişməyib. Bura mənim evim, ailəmdir".

Unikal.org xəbər verir ki,  bunu Qazaxıstan "Astana"sından "Qarabağ"a icarə əsasında qayıdan Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda bildirib.

Riçard Almeyda bildirib ki, hazırda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ"ın düşərgəsindədir: "Burada hamını tanıyıram. Gəlmişəm ki, komandamla birgə uğurlar qazanım və "Qarabağ"ın bir parçası olum. Azarkeşlərə də göstərdikləri sevgiyə görə təşəkkür edirəm. Əmin olsunlar ki, komandamız üçün ən yaxşısını etməyə çalışacağam".

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Riçard Almeydanı heyətinə qatdığını açıqlayıb.