Xalq arasında "torba vergisi" adlandırılan bu verginin tətbiqinə qədər britaniyalılar ildə orta hesabla adambaşına 140 plastik paket işlətdikləri halda, verginin tətbiqindən sonra bu göstərici 19-a enib.

Unikal.org bildirir ki, Böyük Britaniya hökuməti ətraf mühitin qorunması tədbirləri çərçivəsində plastik torbalar üçün tutulan vergini 10 pensə qaldırmağı planlaşdırır. Bu torbalar üçün verginin tətbiqinə 2015-ci ildə başlanılıb və hazırda hər torba üçün vergi 5 pens (11 qəpik) təşkil edir. Böyük Britaniyanın ətraf mühit naziri Maykl Houv deyib: "Biz indiyədək dövriyyədən 15 milyard plastik torba çıxarmışdıq və bunu davam etdirmək istəyirik".