shell indir hack forumu PHP Scriptler dizi izle iptv Warez Mavi Orkide hack forum Bu qurumlar büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRAR - Unikal.org
21 Yanvar 2019
20 Yanvar 2019
Bu qurumlar büdcədən maliyyələşəcək - Baş nazirdən QƏRAR
Bu qurumlar büdcədən maliyyələşəcək -Baş nazirdən QƏRAR CƏMİYYƏT 09:02 2019-01-13

“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişikliklər edilib.

Unikal.org-un məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən: “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə “Suraxanı Gənclər evi” sosial xidmət müəssisəsi, “Xəzər Gənclər evi” sosial xidmət müəssisəsi, “Sabunçu Gənclər evi” sosial xidmət müəssisəsi, “Qaradağ Gənclər evi” sosial xidmət müəssisəsi, “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsi, “Tovuz Gənclər evi” sosial xidmət müəssisəsi, “Gəncə Gənclər evi” sosial xidmət müəssisəsi, “Şirvan Gənclər evi” sosial xidmət müəssisəsi, “Sumqayıt Gənclər evi” sosial xidmət müəssisəsi, “Mingəçevir Gənclər evi” sosial xidmət müəssisəsi, “Saatlı Gənclər evi” sosial xidmət müəssisəsi, “Balakən Gənclər evi” sosial xidmət müəssisəsi əlavə edilib.

Bununla yanaşı, 50-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunub və aşağıdakı məzmunda 51-58-ci hissələr əlavə edilib: “Qazax Olimpiya İdman Kompleksi” MMC, “Zaqatala Olimpiya İdman Kompleksi” MMC; “Şəki Olimpiya İdman Kompleksi” MMC; “Qusar Olimpiya İdman Kompleksi” MMC; “Abşeron Olimpiya İdman Kompleksi” MMC; “Ağcabədi Olimpiya İdman Kompleksi” MMC; “Buzovna İdman Zalı” MMC; “Bakı İdman Sarayı” MMC.”.

Daha əvvəl də Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edib. Dəyişikliklərə əsasən Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb.