Bakıda Masazır qəsəbəsinin girişində qəza baş verib.

Unikal.org avtosfer.az-a istinadən xəbər verir ki, qəsəbənin girişində “90  KB 841” dövlət nömrə nişanlı avtomobil  “99 YP 177” nömrəli Yol Patrul Xidməti avtomobilinin qapısını əzib. Avtomobil hərəkətdə olarkən yolun kənarında dayanan YPX avtomobilindən düşmək istəyən inspektor qapını açır. Bu zaman hərəkətdə olan maşın avtomobilin qapısına çırpılır. Bütün bu görüntülər motosiklet sürən baykerin kaskasındakı kameraya düşüb.