Polşanın İrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Unikal.org xəbər verir ki, bu məlumat İran XİN-in rəsmi saytında yer alıb. Ona fevralın 13-ü və 14-də Varşavada baş tutacaq Yaxın Şərq sammitiylə bağlı etiraz təqdim edilib.

Rəsmi Tehran həmçinin baş tutacaq konfransın ABŞ tərəfindən İrana qarşı düşmən xarakterli addım kimi dəyərləndirdiyini və Polşanın bu konfransın keçirilməsi məsələsində ABŞ-la olan əməkdaşlığını dayandırması gərəkdiyini bildirib. Bundan sonra Polşanın müvəqqəti işlər vəkili bu sammitin İrana qarşı yönəlmədiyini bəyan edib. XİN-dən isə ona bu cavabın yetərli olmadığını, Polşanın bu iş üçün təcili tədbirlər görməsi gərəkdiyini, əks təqdirdə Tehranın cavab addımları atacağını söyləyib.

Qeyd edək ki, Yaxın Şərq sammiti ABŞ-ın təşəbbüsüylə baş tutacaq.