Yaponiyanın 2-ci liqasında "Yokohama"da çıxış edən dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura karyerasını bitirmək niyyətində deyil. 

Unikal.org xəbər verir ki, gələn ay 52 yaşı tamam olacaq hücumçu klubu ilə müqavilənin müddətini daha 1 il uzadıb. Yaponiya mətbuatına danışan futbolçu "Hər zaman qəlbimlə oynayacağam və bir futbolçu olaraq özümü inkişaf etdirməyə çalışacağam" sözlərini işlədib. 

Peşəkar karyerasında 34-cü mövsümünə girəcək yapon forvard, ölkəsinin dünyaca məşhur animasiya filmi "Tsubasa"ya da ilham qaynağı olmuşdu. (fanat.az)