Yunanıstanın baş naziri Aleksis Sipras ölkənin müdafiə naziri Panos Kammenosun istefa ərizəsini qəbul etdiyini bildirib.

Unikal.org xəbər verir ki, müdafiə nazirinin vəzifələrini Yunanıstanın Baş Qərargah rəisi Yevangelos Apostolakis icra edəcək.

"Panos Kammenosun istefasını qəbul etdim", — deyə "Protothema.gr" Siprasın sözlərini sitat gətirib.