Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında yerləşən Zap və Sinat-Haftanin regionlarında PKK terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Unikal.org xəbər verir ki, aviazərbələr nəticəsində 3 PKK terrorçusu məhv edilib.

Bundan əlavə, terrorçulara məxsus silah-sursat anbarları və sığınacaqlar məhv edilib.