Uqandanın Pakvaç dairəsində təxminən 30 nəfəri daşıyan yük maşını qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində azı 14 nəfər həlak olub. Daha bir neçə nəfər isə yaralanıb.

Məlumata görə, xəsarət alanların əksəriyyətinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Hadisəyə səbəb isə yük maşını sürücüsünün idarəetməni itirməsi olub.