Venesuela xüsusi xidmət orqanlarının əməkdaşları müxalifətin çoxluq təşkil etdiyi parlamentin sədri Xuan Quaidonu saxlayıblar.

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, bu barədə Xuan Quaidonun “Twitter” səhifəsində yazılıb.

Bir müddət öncə Quadonun beynəlxalq ictimaiyyət və hərbçilərin köməyi ilə hakimiyyətə gəlmək planları barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, cümə axşamı Nikolas Maduro ölkə prezidenti qismində and içib. O, 2025-ci ilədək Venesuela prezidenti olacaq.