İranın paytaxtı Tehran yaxınlığında yük təyyarəsi qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, təyyarənin göyərtəsində 15 nəfərin öldüyü bildirilir. 

Hazırda qəzaya uğrayan “Boeng-707” tipli yük təyyarəsinin düşdüyü ərazidən 7 nəfərin meyiti tapılıb.

“Fars” agentliyinə istinadən xəbər verir ki, təyyarənin göyərtəsində 16 nəfər olub.

Həmin şəxslərin hansı ölkə vətəndaşı olduqları və kimlikləri hələlik məlum deyil. Onlardan yalnız bir nəfər - təyyarənin bort-mühəndisi sağ xilas edilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.  

İranın Müdafiə Nazirliyindən bildirilib ki, qəzaya uğrayan hərbi yük təyyarəsi İran ordusuna məxsus olub. Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş.