“Barselona” La Liqanın 19-cu turunda "Eybar"ı 3:0 hesabıyla məğlub edib.

Unikal.org xəbər verir ki, sözügedən qarşılaşma Kataloniya təmsilçisinin üzvü Lionel Messi üçün əlamətdar olub. Belə ki, matçda hesabı 2:0 edən qolun müəllifi olan Messi, La Liqada 400-cü qolunu vurub.

La Liqada iştirak etdiyi 435 oyunda 400 qol vuran argentinalı forvard, İspaniya çempionatı tarixinin ən çox qol vuran futbolçusudur.

Messi 100-cü qolunu "Almeriya"ya, 200-cü qolunu "Osasuna"ya, 300-cü qolunu isə "Sportinq"ə (Xixon) vurub.