Çində bıçaqla silahlanmış şəxs ətrafdakılara hücum edib.

Unikal.org "China News"a istinadən xəbər verir ki, hadisə Fuçjou şəhərində baş verib.

Bildirilir ki, hadisə zamanı 20 nəfər yaralanıb. Onlardan 1-i sonradan aldığı xəsarətlərdən  ölüb. Cinayəti törədən şəxs çaya tullanıb.

İlkin məlumata görə, hadisəyə məişət zəminində mübahisə səbəb ola bilər.