İsveç 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdindən sonra yüzlərlə FETÖ-çüyə yaşayış və işləmək icazəsi verib.

Unikal.org bildirir ki, Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, bu barədə İsveç dövlət televiziyası ölkənin Miqrasiya İdarəsinə istinadən məlumat yayıb. 

Bildirilib ki, 2015-ci ildə 253, 2016-cı ildə 738, 2017-ci ildə 872, 2018-ci ildə isə 493 Türkiyə vətəndaşı İsveçdən sığınaacq istəyib. Onların böyük əksəriyyətinin FETÖ terror təşkilatı ilə əlaqəsi ortaya çıxıb. 

İsveç qanunlarına görə, fasiləsiz iş icazəsi verilən şəxslər 5 ildən sonra bu ölkənin vətəndaşı ola bilərlər.