Avropa Şurası Fransada jurnalistlərə qarşı edilən hücumları pisləyib.

Unikal.org bildirir ki, Avropa Şurasının baş katibi Törbyorn Yaqland Fransada “sarı jiletlilərin“ aksiyaları zamanı son həftələr jurnalislərin iş şəraitinin pisləşməkdə davam etdiyini bildirib.

O, peşə vəzifələrini yerinə yetirən mətbuat nümayəndələrinə qarşı təhdidləri və hücumları qəti surətdə pisləyib.

"Öz peşəsini yerinə yetirən jurnalistlərə hücum etmək demokratiyaya hücum etmək deməkdir. Azad şəkildə sözünü demək və aksiya keçirmək hüququna malik olmaq bu cür zorakılıq və nifrətin aşıb-daşması üçün bəhanə ola bilməz", - deyə o bildirib.