"Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib.

Unikal.org xəbər verir ki, 36 yaşlı müdafiəçi mövsümün sonunda "Qarabağ"dan ayrılıb, keçmiş klubu "Tirana"ya qayıdacağı ilə bağlı iddialara cavab verib:

"Hazırda "Qarabağ"ın futbolçusuyam, yayılan xəbərlər isə həqiqəti əks etdirmir. İndi "Tirana"ya qayıtmaq haqda yox, yalnız "Qarabağ" barədə düşünürəm".

Aqolli 2010-cu ildən "Qarabağ"da çıxış edir.