"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Mərkəzi ilə bağlı mətbuatda gedən hər məlumata diqqət edilir"

Unikal.org xəbər verir ki, bu fikri Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O, bildirib ki, yeni nazir bu məsələləri ciddi nəzarətdə saxlayır:

"Yeni rəhbərlik bu məsələdə prinsipial mövqe ortaya qoyub. Bu sahədə birgə tərbirlər həyata keçirilir. Mətbuatda gedən məlumatları nazirliklə birlikdə ilkin araşdırma etdik.

Məlumat üçün onu da qeyd edim ki, ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin üç əməkdaşı korrupsiya faktına görə saxlanılıb.

Mərkəzin direktoru Mehdi Abbasov, baş mühasibi Hafiz Məmmədov və aparıcı mütəxəssisi Ziya Muradov özünüməşğulluq proqramı çərçivəsində 2018-ci il üzrə işsiz və işaxtaran 60 nəfərə yaxın vətəndaşa mal və materialların verilməsi üçün hərəsindən 1500-2000 manat rüşvət almaqda şübhəli bilinirlər.