Rusiyanın Voronej şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yüksək sürətlə hərəkət edən “Lexus” markalı avtomobil qarşı yola çıxaraq iki maşınla toqquşub.

Qəza nəticəsində avtomobillər alışıb, 7 nəfər yanaraq ölüb.