Türkiyəyə yağan güclü qar bir sıra bölgələrdə ciddi fəsadlar yaradıb. 

Unikal.org xəbər verir ki, magistral yollarda avtomobillərin hərəkəti çətinləşib, Ankara-İstanbul şosesi, Adana-Tuzla-Tarsus-Mersin yolu bağlanıb.
Bəzi bölgələrində havaların kəskin soyuması və güclü qarın yağması səbəbindən məktəblərdə tətil elan olunub, dərslər bir neçə günlük dayandırılıb. 

Yolda nəqliyyatın hərəkətini bərpa etmək üçün çoxlu sayda texnika cəlb olunub.