Vanuatuda 6,6 bal gücündə zəlzələ baş verib.

Unikal.org-un Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istiadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 18:06-da qeydə alınan yeraltı təkanlar Sola şəhərindən 104 kilometr şimal-qərbdə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.