16 il əvvəl boşanan məşhur cütlüyün yenidən evlənməsi iddiası ortaya atılıb.  Unikal.org Türkiyə mətbutana istinadən xəbər verir ki, Rafet El Romandan qalmaqallı şəkildə boşanan aktrisa və müğənni  Tuğba Altıntop qatıldığı verilişdə maraqlı açıqlamalarla diqqət çəkib. 

T.Altıntop “Qismətdə varsa Rafetlə yenidən evənərik” deyib. O şəxsi həyatı ilə bağlı bəzi məsələlərə toxunub:

“Allah 1995-ci ildə taleyimə yazıb, evləndik. Yenə evlənə bilərik. Qismətdə varsa təkrarlayacağıq. Qızlar evlenməyimizi çox istəyir. Rafet evlənmə təklif etsə qəbul edərəmmi bilmirəm. Guman ki, qızlarımdan soruşaram". 

Tuğba Altıntopun “14 fevralda sizə surprizim var. Nə olduğunu söyləməyəcəm. Gözləyin” açıqlaması da hər kəsdə maraq yaradıb. 

Xatırladaq ki, cütlük 2003-cü ildə qalmaqallı şəkildə boşanmışdı.