“Whatsapp”da yenə əhalini təşvişə salan səs yayılıb.

Unikal.org xəbər verir ki, Azərbaycan təhsil naziri Ceyhun Bayramov hava şəraiti ilə əlaqədar təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmrindən sonra şəxsiyyəti məlum olmayan bir xanım “Whatsapp”da səs yayaraq bunun hansısa virusla bağlı olduğunu iddia edib:

"Donuz qripi" ilə bağlı yalnız uşaqları tutan virus göndərilir. Kimin körpə uşağı varsa hamısını xəbərdar edin, heç evin eyvanına da çıxmasınlar. Həyətə çıxmayın, qapını açmayın, pəncərələri açıb evi havalandırmayın".

Sözügedən məsələ ilə bağlı Unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verib. 

"Sosial şəbəkələrdə küləklə birlikdə Azərbaycana donuz qripi virusunun gəlməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Ölkəmizdə bu virus yayılmayıb. Ümumtəhsil müəssisələrində dərslərin dayandırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyinin havanın kəskin şəkildə dəyişməsi barədə verdiyi xəbərdarlıqla əlaqəlidir. Vətəndaşlardan xahiş olunur ki, təxribata uymasınlar. Ölkədə epidimioloji durum tam nəzarət altındadır".

Həmin səs yazısını təqdim edirik: