Ermənistan prezidenti Armen Sarksiyan baş nazirin müavinlərinin təyin olunması barədə sərəncam imzalayıb.

Unikal.org Ermənistan KİV-nə istinadən xəbər verir ki, hazırda da bu səlahiyyətləri icra edən Mqer Qriqoryan və Tiqran Avinyan yenidən baş nazirin müavinləri təyin olunublar.