Tbilisidə Diqomi rayonunun Avtandil küçəsində yaşayış binasında partlayış baş verib.

Unikal.org xəbər verir ki, baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb. Qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. 

Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.