Kocaelidə Azərbaycan əsilli Rusiya vətəndaşı olan şəxs İŞİD terror təşkilatı üzvü olmaqda ittiham edilərək 6 il 3 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılıb. 

Unikal.org xəbər verir ki, Atakişi Akşın məhkəm qarşısına çıxarılıb. Onun Suriyaya saxta pasportla gedərək İŞİD ilə əlaqə qurduğu və Türkiyədə olarkən "whatsapp" vasitəsi ilə teror qrupunun üzvləri ilə yazışdığı  iddia edilir. 

Respublika prokurorluğu ötən məhkəmə iclasında verdiyi qərarı təkrarlayıb. Belə ki, "terror təşkilatına üzv olmaq"da ittiham olunaraq tutulan şəxsin  həbs halının davamına qərar verib. 

İnterpolun qırmızı bülleten çıxardığı Atakişi Akşın  isə haqqındakı ittihamlarla razılaşmayıb və İŞİD-lə heç bir əlaqəsi olmadığın irəli sürüb. Uzun illər Rusiyada yaşadığını, heç bir cinayətə qarışmadığını və polis bölməsinə getmədiyini deyən Akşın sözlərinə belə davam edib:

"Mən müsəlmanam. İçki içmirəm, qumar oynamıram. Dinimi yaşamaq və burada işləyərək Rusiyadakı yoldaşım və uşaqlarıma baxmaq üçün Türkiyəyə 3 il əvvəl gəldim. Uşaqlarımı böyütməyə və oxutmağa çalışıram. Rusiyada bankdan kreditlə ev aldım. Ailəsi, işi gücü və evi olan biriyəm. Rus əsilli olan yoldaşımın ailəsi ilə problemlər yaşadım.

Heç bir cinayət işləməmişəm, amma yoldaşımın atası başımın bəlaya girməsi üçün məni günahlandırdı, böhtan atdı. Rusiyanın güc orqanları da bunu ciddi qəbul etdi. Elə əvvəldən Azərbaycan mənşəli olduğum üçün mənə qarşı əks mövqeydə idilər". 

Günahsız olduğunu irəli sürən Akşın sərbəst buraxılmasını tələb edib. Məhkəmə isə onun tələbinə baxdıqdan sonra qərarını dəyişməyərək həbs halının  davamına qərar verib.