Bakıda keçid ticarət mərkəzindəki saat mağazasında oğurluq hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə Baku.ws-ə mağaza sahibi bildirib. Oğurluq hadisəsi müşahidə kamerasına düşüb və bir nəfər saat oğurlayıb.

Oğurluq “28 may” metrostansiyasının yaxınlığındakı keçid ticarət mərkəzində saat dükanında qeydə alınıb. Mağazada müştərilərin çoxluğundan istifadə edən gənc oğlan saatı gizlincə oğurlayıb.

“Oğurlanan saatın dəyəri 60 manatdır”, - deyə Mənsur Əhmədov bildirib.

Hadisənin görüntüsünü təqdim edirik: