“Fənərbaxça”nın futbolçusu Atıf Şaheşuhe klubu tərk edib.

Unikal.org xəbər verir ki, 32 yaşlı hücumçu “Rizəspor” klubuna icarəyə verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şaheşuhe mövsümün sonuna qədər icarə əsasında “Rizəspor”da çıxış edəcək.

2016-cı ildə “Sivasspor”dan “Fənərbaxça”ya transfer edilən Şaheşuhe cari mövsümdə “bülbüllər”lə 4 qarşılaşmada iştirak edib.