“17 yanvar saat 23:00-a olan məlumata əsasən küləyin sürəti Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayitda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir”. 

Unikal.org xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində  yaradılan Qərərgahın yaydığı son məlumatda bildirilir.

Məlumata görə, dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 olub.