Türkiyənin “Qalatasaray” klubunun futbolçusu Ozan Kabakın Almaniya təmsilçisi “Ştutqart”a transferi rəsmiləşib.

Unikal.org xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

18 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb. “Ştutqart” bu transferə görə “Qalatasaray”a 11 milyon avro ödəyəcək.

Ozan yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Kabak bu mövsüm “sarı-qırmızılı” klubun heyətində 17 oyunda meydana çıxıb.